Aqlaya Tarasova
Aktrisa
Aqlaya Tarasova 18 aprel 1994-cü ildə Sankt-Peterburqda anadan olub. Onun valideynləri rəsmi nikahda olmayıblar və Aqlayanı anası böyüdüb. Sonya adlı anabir bacısı var. Aktrisa qeyd edib ki, əvvəllər o, bacısına paxıllıq edirmiş və onu sevmirmiş. Lakin sonradan münasibətləri düzəlib və aralarındakı yaş fərqinə baxmayaraq, bir-birinə çox yaxın olublar. Uşaq vaxtı balet dərsləri alıb və musiqi məktəbinə gedib. Həmçinin idmanla, əsasən tennislə məşğul olub. “Mayor Sokolovanın geteraları” hərbi dramından sonra şöhrət qazanıb. Aktrisa “Buz”, “Tanklar” kimi ekran əsərlərinə dəvət alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: