Lyubov Aksyonova 15 mart 1990-cı ildə Moskvada (Rusiya) hərbçi və tibb işçisinin ailəsində anadan olub. Gimnaziyada təhsil alıb və xarici dilləri dərindən öyrənib. Uşaq yaşlarından yaradıcılığa maraq göstərib. Həmişə incəsənət, kino və musiqi ilə maraqlanıb. Məktəbi bitirdikdən sonra Rusiya Teatr Sənəti İnisititutuna qəbul olunub. 2010-cu ildə Nigina Sayfullayevanın “İtburnu” qısametrajlı filmində rol alıb. 2016-cı ildə “Major” serialının ikinci sezonunda baş qəhrəmanın sevgilisi rolunu canlandırıb. Serialın çəkilişləri zamanı Lyubov sağlam qıdalanma ilə maraqlanır və bitki pəhrizinə başlayır, hətta bəzən aç qalan aktrisa öz üzərində bir çox eksperimentlər keçirib.
Aktrisa 2018-ci ildə “Gerçəklik həddini aşanda” filmində rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BA%D1%81%D1%91%D0%BD%D0%BE%D0%B2%D0%B0,_%D0%9B%D1%8E%D0%B1%D0%BE%D0%B2%D1%8C_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%BD%D0%B0