Mikki Rurk

Mikki Rurk

Aktyor, ssenarist

BİOQRAFİYA

Mikki Rurk 16 sentyabr 1952-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Mikki istedadlı və çoxşaxəli gənc kimi böyüyüb. Motosiklet, boks və əlbəttə, qızlara böyük maraq göstərirdi. Qardaşı ilə birlikdə “Mikki və Coys” adlı mağaza açıblar. Boks dünyasında yetərincə uğur qazanmasına baxmayaraq, bu peşəni aktyorluq sənəti ilə dəyişib. Nyu-Yorkun aktyor studiyalarında dərnəklərə gedir. İlk rolunu Stiven Spilberqin 1979-cu ildə çəkdiyi “1941” hərbi komediyasında oynayır. İlk nəzərəçarpan rollarını “Bədənin hərarəti” (1981), “Yeməkxana” filmlərində oynasa da, əsl bacarığını əfsanəvi Frensis Ford Koppolanın ”Döyüş balığı” (1983) filmində nümayiş etdirir. Növbəti illər ərzində aktyor ancaq şəxsi prinsiplərinə uyğun gələn rollarda çəkilməyə razılıq verirdi. “Mələyin ürəyi” (1987), “Sərxoş” (1987) filmləri aktyorun ürəyincə olan filmlərdəndir. Aktyorun 1986-cı ildə Kim Beysingerlə çəkildiyi “Doqquz həftə yarım” erotik trilleri populyarlığını daha da artırır. 90-cı illərin əvvəllərində Rurk boks dünyasına qayıtmaq istəsə də, ciddi bir döyüş nümayiş etdirə bilmir. Ona görə də yenidən kino aləminə qayıdır. 1991-ci ildə “Harli Devidson və kovboy Malboro”, “1996 cı ildə “Güllə” filmlərində baş rolları canlandırır. "Ümidsiz” (2003), “Qəzəb” (2004), “Günahlar şəhəri” (2005), “Şimşək oğlan” (2006), “Restler” (2008), “Dəmir adam 2” (2010), “Tanrıların müharibəsi", "Ölümsüz” (2012), “Kuryer” (2012) filmlərində rol alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Mikki_Rurk

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç