Anna Rays

Anna Rays

Ssenarist, prodüser, aktrisa

BİOQRAFİYA
Anna Rays 1941-ci ilin 4 oktyabrında ABŞ-ın Luizana ştatının Nyu Orlean şəhərində anadan olub. Katolik irland əsilli ailənin ikinci qızıdır. Əsl adı Hovard Allın O'Brindir. Anna adını məktəbdə adını deməyə utandığından işlətmiş və belə tanınmağa üstünlük vermişdir. Anna Raysın əsərləri qot cərəyanının inkişafına töhfə vermişdir. Nyu Orleanda doğulduğu üçün əsərlərinin çoxunda hadisələr burada baş verir. Kitablarında üstünlük verdiyi mövzular vampirlər, mumiyalar və küpəgirən qarılardır. Yazıları sado-mazoşist üslubundadır. 1961-ci ildə Stan Rays ilə evlənmiş və Mişel adında qızları olmuşdur. Mişel 1972-ci ildə ağır xəstəlikdən ölmüşdür. "Vampirlə görüş" əsərində Kladio adlı vampir qız həm görünüşə, həm də yaşına görə Mişelə bənzədildiyi irəli sürülür. 1978-ci ildə Kristofer adında oğlu olmuşdur. Romanları əsasında "Vampirlə görüş" və "Lənətlilər kraliçası" filmləri çəkilmişdir. Əvvəl ateist olan Anna Rays uşağını itirəndən sonra katolik məzhəbinə qayıtmışdır.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Anna_Rays

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç