Nikolay Barmin

Nikolay Barmin

Aktyor

BİOQRAFİYA

Nikolay Barmin 22 mart 1922-ci ildə Kemerovo vilayətinin (Rusiya) Leninsk-Kuznetski rayonunda doğulub. Rus teatr və kino aktyoru, Rusiya Federasiyasının əməkdar artisti olub (1993). O, fəhlə ailəsində anadan olub. Böyük Vətən müharibəsi iştirakçısı idi. Cənub-Qərb və Ukrayna cəbhələrində hərbi əməliyyatlarda iştirak edib. Kinoda 1947-ci ildə tələbəlik illərində debüt edib. 1948-ci ildən Mərkəzi Nəqliyyat Teatr aktyoru olub. Azərbaycan tamaşaçısı N.Barmini "Onun böyük ürəyi", "Bizim küçə" filmlərindən tanıyır. Nikolay Barmin 1997-ci ildə vəfat edib. Moskvada dəfn edilib.

 
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D0%BC%D0%B8%D0%BD,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B9_%D0%9C%D0%B8%D1%85%D0%B0%D0%B9%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

 

 

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç