Sona Aslanova

Sona Aslanova

Aktrisa

BİOQRAFİYA

Sona Şahnəzər qızı Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərində anadan olub. Azərbaycanın tanınmış opera müğənnisi, aktrisadır. Azərbaycanın opera səhnəsində Gülçöhrə, Nigar və Əslini böyük məharətlə oynayıb, bir neçə filmə çəkilib, bəzi filmlərdə isə mahnıları ifa edib. Həyat yoldaşı, ixtisasca memar olan Kamal müəllimlə uzunillik xoşbəxt evliliyi olub. Cütlüyün Rüfət və Cahangir adlı iki oğlu olub. Sona xanım 1994-cu ildə ABŞ-a oğullarının yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirir. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesdə vəfat edir. ABŞ-da dəfn xərcləri çox baha olduğundan cənazəsinin yandırılmasını vəsiyyət edir. Ölümündən sonra isə cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Sona_Aslanova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç