Rimma Məmmədova

Rimma Məmmədova

Aktrisa

BİOQRAFİYA
Rima Şahbaba qızı Məmmədova 29 iyun 1942-ci ildə Rusiyanın Saratov şəhərində ziyalı ailəsində anadan olub. Atası silahdüzəltmə üzrə mühəndis idi. O, Moskvada Bauman adına Hərbi məktəbi bitirən ilk azərbaycanlılardandır. Rima Məmmədovanın uşaqlıq illəri Saratovda keçib. 1950-ci illərin sonunda əslən iranlı olan Sasanpur adlı rejissorun "Molla Fəttahın macəraları" adlı qısametrajli filmində çəkilir. Həmin dövrdə Bakı Xoreoqrafiya Məktəbində təhsil alırdı. Bu filmdə Möhsün Sənani, Nəsibə Zeynalova kimi sənətkarlarla tərəf müqabili olan bu qız öz rolunun öhdəsindən məharətlə gəlir. Elə həmin filmdən sonra dəvət aldığı ikinci rol isə ona o zaman üçün ağlagəlməz şöhrət qazandırır. Çəkiliş təkliflərinin, dəvətlərin ardı-arası kəsilmir. O isə aktrisa olmaq istəmirdi. Sonra İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirir. Opera və Balet teatrında "Traviata" əsərini səhnəyə qoyur. Paralel olaraq Opera və Balet Teatrında balerina kimi də çalışır. Sənədlərini Leninqrada (indiki Sankt Peterburq) göndərir, aspiranturaya daxil olur. 18 il Xoreoqrafiya məktəbində direktor işləyir. Rimma Məmmədova tamaşaçıların yaddaşında Azərbaycan kino incilərindən sayılan "Bizim küçə" filminin qəhrəmanı Sara Gözəlova kimi qalıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://news.milli.az/culture/372099.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç