Yuli Fogelman

Yuli Fogelman

Operator, rejissor

BİOQRAFİYA

Yuli Fogelman 12 yanvar 1905-ci ildə doğulub. 1927-ci ildən “Kulturfilm” və “Mejrabpomfilm” kinofabriklərində operator köməkçisi və assistenti kimi işləməyə başlayıb. 1931-ci ildə özünün ilk filmini - “Buz üzərində okean”ı çəkib. “Qarmon”, “Təsadüfi görüş” filmlərində rejissor İ.Savçenko ilə işləyib. 1938-ci ildən 1947-ci ilə qədər “Soyuzdetfilm”in operatoru kimi işləyib və bu müddətdə “Mübarizə davam edir”, “Qartalın ölümü”, “On beş yaşlı kapitan” və sair filmlər çəkib. 1947-ci ildən “Mosnauçfilm”də işləyib. 1956-ci ildə “Hələ gec deyil” komediyasına rejissorluq edib. Həmçinin rejissor kimi fəaliyyət göstərməsi ilə yanaşı operator olaraq da “Əhməd haradadır”, “Ulduz” filmlərində iştirak edib. Həmçinin “Azərbaycanfilm"in operatoru kimi işləyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://persons-info.com/persons/FOGELMAN_IUlii_Moiseevich

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç