Samir Soni
Aktyor
Samir Soni 29 sentyabr 1968-ci ildə Londonda (Böyük Britaniya) anadan olub. Kaliforniya Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Bollivud karyerasına başlamamışdan əvvəl Soni Nyu-Yorkda Uolt-stritdə bankir işləyib. Sonralar Soni Nyu-York və Los-Ancelesdə aktyorluq kurslarına gedib. Aktyor kimi debütünü 1995-ci ildə “Səməndər” serialına çəkilməklə edib. Elə həmin ildə Aşok Bankerin ssenarisi əsasında çəkilmiş və Maheş Bhattın rejissorluq etdiyi “Ağızdolusu səma” filmində Aşok Matur rolunu oynayıb. “Gözəl Hassi” serialında rol aldıqdan sonra şöhrət qazanıb. Soni həmçinin “Kumkum” serialında İyaş Takur mənfi obrazını oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: