Məmmədsadıq Nuriyev
Aktyor
Məmmədsadıq Nuriyev 5 mart 1919-cu ildə Bakıda anadan olub. Azərbaycanlı teatr və kino aktyoru, kiçik rolların məharətli ifaçısıdır. Məmmədsadıq Nuriyev 1919-cu ildə Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. 1928-ci ildə atası onu Bakıda Bədəl Bədəlbəyovun məktəbinə qoyur. Orada o dövr üçün orta sayılan tam təhsil alan Məmmədsadıq Nuriyev 1935-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olur. Aktyor sənəti dərsini görkəmli aktrisa Fatma Qədri deyib. Məmmədsadıq Nuriyev Teatr Məktəbində oxuyarkan birinci kursun əvvələrində Milli Dram Teatrının tamaşalarında çıxış edir. O, burada kütləvi səhnə epizodlarında, sözsüz rollarda əsərlərin tamaşasında iştirak edib. 1938-ci il aprelin 28-də rejissor Ağəli Dadaşovun hazırladığı gürcü ədibi Georgi Mdivaninin "Vətən namusu" dram tamaşasında Uşaq rolunu oynayıb. Teatr məktəbini 1937-ci ildə bitirib. Xalq Maarif Komissarlığı İncəsənət İşlər İdarəsinin göndərişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrına gedib. M.Nuriyev səkkiz ilə yaxın bu teatrda aktyor işləyib. 1975-ci ildə Bakıda vəfat edib. Aktyor Yaşar Nurinin atasıdır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: