Tofiq Mirzəyev

Tofiq Mirzəyev

Aktyor

BİOQRAFİYA

Tofiq İbrahim oğlu Mirzəyev 1932-ci ildə Gədəbəy rayonunda anadan olub. Mirzəyevdə musiqiçi qabiliyyəti lap erkən yaşlarından üzə çıxıb. Amma müharibə illərində anası, qardaşı və bacısıyla cəbhəyə yollanan atasının yurdu Gədəbəydə yaşamalı olduğundan o, klarnet ifaçılığı üzrə musiqi təhsilini yalnız 12-13 yaşlarından almağa başlayıb. T. Mirzəyev Azərbaycan Konservatoriyasının klarnet sinifini bitirib. Əvvəlcə Bakıda, sonra Moskvada
maestro Niyazi onu klarnet ifaçısı kimi görərək Dövlət simfonik orkestrinə dəvət edib və Tofiq maestronun rəhbərliyi altında orkestrin tərkibində Azərbaycan və dünya simfonik musiqilərini ifa etməyə başlayıb. Onun rus və Avropa bəstəkarlarının klassik musiqilərinə, Q.Qarayevin, C.Hacıyevin, F.Əmirovun, Niyazinin özünün əsərlərinə dərindən bələd olması da məhz buradan qaynaqlanır. Amma Tofiq Mirzəyev lap gənc yaşlarından klassik musiqi ilə yanaşı, cazla da maraqlanıb. Özü də yalnız maraqlanmaqla kifayətlənməyib, Pərviz Rüstəmbəyov, İsmayıl Kələntərov, Vaqif Mustafazadə, Tofiq Şabanov kimi adlı-sanlı Azərbaycan cazmenləri ilə birlikdə caz musiqiləri ifa edib. Lakin qəfil xəstəlik onun musiqi karyerasına son qoyub. Belə ki, Tofiq Mirzəyev 1960-cı ildə ağır xəstələnir və həkimlər ona klarnetdə ifa etməyi qadağan edirlər. Peşəsini dəyişmək məcburiyyətində qalan Tofiq Mirzəyev rejissor olmaq üçün Moskvaya oxumağa gedir. Kursları bitirdikdən sonra rejissor peşəsinə yiyələnir. Tofiq Mirzəyev “Uşaqlığın son gecəsi, "Ən vacib müsahibə", "İstintaq", "Nəsimi", "Üzeyir ömrü", "Təhminə" və sair filmlərdə maraqlı obrazlar yaradıb. Tofiq Mirzəyevin iştirakı ilə çəkilən filmlər Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Onlar arasında "Uşaqlığın son gecəsi", "Nəsimi", "Təhminə", "O qızı tapın", "İstintaq" və başqa filmləri göstərmək olar. O, sənətə öncə musiqiçi kimi gəlib, sonra rejissor kimi çalışıb və ardınca filmlərə çəkilib. O, "Qaya" vokal qrupunun yaradıcılardan biri və solisti olan Teymur Mirzəyevin qardaşıdır. Hazırda İsraildə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://modern.az/az/news/135781/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç