Lük Qoss

Lük Qoss

Aktyor, prodüser, müğənni

BİOQRAFİYA

Lük Qoss 28 sentyabr 1968-cı ildə Londonda (İngiltərə) anadan olub. Lükun 11 dəqiqə böyük olduğu əkiz qardaşı Mett və Adam adlı ögey qardaşı var (Lükün valideynləri onun beş yaşı olanda ayrılırlar və anası növbəti dəfə ərə getmişdi). Hələ gənc yaşlarından musiqiyə meyli olan Lük təbildə çalmağa həvəslənir. 12 yaşı olanda arzusu reallaşır - anası ona doğum günündə təbil bağışlayır. Musiqi karyerasına 80-ci illərdə başlayıb. Bu sahədə uğur qazanmasa da, üç albom yazdırmağa müvəffəq olub. Gilyermo del Toronun “Bleyd 2” filmində çəkilib. 2004-cü ildə “Gümüş şahin” şərq döyüş filminə dəvət alır. Elə həmin il “Çarli” kriminal dramında amansız qanqster dəstəsinin başçısı Çarli Riçardsonu canlandırır. Lük 1994-cü ildə müğənni Şirli Lüislə ailə qurub və bir qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Luke_Goss

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç