Xuraman Qasımova

Xuraman Qasımova

Opera müğənnisi, aktrisa

BİOQRAFİYA
Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulub. Əslən Salyan rayonundandır. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1976 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və sair. Xuraman Qasımova ifaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin (1977) və Mariya Kallas adına Beynəlxalq müsabiqənin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülüb), eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" kimi kinofilmlərə çəkilib. 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1993-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Xuraman_Qas%C4%B1mov...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç