Əlibəy Rzaquliyev
Rəssam
Əlibəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olub.Təhsilini başa vurub və 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf edir: rəngkar və kino rəssamı. 1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilib və sənətsevərlərin diqqətini cəlb edib. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının katibi olub. Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanmışdır. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və sair kinofilmlərin rəssamı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: