Tamara Yandiyeva

Tamara Yandiyeva

Aktrisa

BİOQRAFİYA

Tamara Yandiyeva 1955-ci ildə Qazaxıstanın Karaqanda vilayətində dünyaya gəlib. Sovet və Rusiya aktrisası, estrada mahnıları ifaçısı olan T. Yandiyeva Çeçen-İnquş Respublikasının, Abxaziya, Şimali Osetiya və Rusiya Federasiyasının əməkdar, İnquşetiyanın xalq artistidir. Vokalçı kimi ilk dəfə o vaxt “Loam” qrupunun üzvü olan Ruslan Naurbiyevlə ifa etdiyi “Xyu sayran xita eça” (“Sən çeşmə başına gələndə”) mahnısı ilə bütün Qafqazda tanınan T.Yandiyevanın yaradıcılığının 30 illiyi 2010-cu ilin dekabrında Moskvada qeyd edilib. Bu vaxta qədər “Saxyat” (“Saat”), “Malxa İlli” (“Günəşə həsr olunmuş nəğmələr”), “Pir doaqa malx” (“Parlayan günəş”) adlı üç albom buraxdıran T.Yandiyeva bu gün də ifaçılıq fəaliyyətini davam etdirir. T.Yandiyeva çəkildiyi 18 filmin 16-da baş rolları canlandırıb: “Odlu yollar”, “Dağ novellası”, “Babək”, “Gözlə məni”, “Əjdaha ili”, “Müqəddəs dəmirçixananın zəngi”, “Əgər sevirsənsə”, “Məhəbbətin qəribəlikləri haqqında”, “Şəhrizadın daha bir gecəsi”, “Dağlarda uzun əks-səda”, “Salam, Gülnarə Rəhimovna!”, “Şəhrizadın yeni nağılları”, “Şəhrizadın son gecəsi”, “Xoca Nəsrəddinin qayıtması”, “Adjubanın qara şahzadəsi”, “Valtasar ziyarəti və ya Stalinlə bir gecə”.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tamara_Yandiyeva

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç