Ənvər Məmmədxanlı
Yazıçı, ssenarist
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay (Azərbaycan) şəhərində doğulub. Şair Rəsul Rzanın həm əmisi oğlu, həm də xalası oğludur. Göyçayda ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikumunda təhsil alıb (1926-1931). Sonra Bakıda mexaniki zavodda energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləyib (1931-1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil alıb. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olub. Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayıb. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. "Şərqin səhəri" bədii ədəbiyyatın tematikasında, növ və janrında, üslubunda, həyatı inikas formasında bir sıra yeni, əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu, yaradıcı insan öz yerini vətəni yadelli işğalçılardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə ümumən, o dövr publisistikamızda olduğu kimi zamanın, günün təxirəsalınmaz tələbləri, adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı. Ədibin üslubunda təmkinli hekayəçiliklə mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edirdi: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulub. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülüb. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb. Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr edib. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olub. İki dəfə "Şərəf nişanı" (1946-1949), "Qırmızı Əmək bayrağı" (1980-1983) və "İkinci Dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunub. Ənvər Məmmədxanlı “Şərqin Şekspiri” Hüseyn Cavidin qızı Turan xanımı sevib. Lakin Hüseyn Cavidin "xalq düşməni" elan edilməsinə görə bu evlilik baş tutmayıb. Və bir-birini sevən cütlük heç zaman evlənməyib. Ənvər Məmmədxanlı 1990-cı il dekabrın 19-da Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C6%8Fnv%C9%99r_M%C9%99mm%C9%99dxanl%C4%B1