Xəyyam Mirzəzadə

Xəyyam Mirzəzadə

Bəstəkar

BİOQRAFİYA
Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda (Azərbaycan), məşhur dilçi Hadı Mirzəzadənin ailəsində anadan olub. Ailədə bir qardaş, bir bacı olublar. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və sair ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib, o cümlədən "Bizim küçə", "Arxadan vurulan zərbə", "Yeddi oğul istərəm" və s. filmlərə musiqi yazıb. Lamiyə Mirzəzadə (1933-2020) ilə evli olub. Bəstəkarın Fəxri və Pərvin adlı iki oğlu var. Görkəmli bəstəkar 30 iyul 2018-ci ildə uzun sürən xəstəlikdən sonra evində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/X%C9%99yyam_Mirz%C9%99zad%C9%99
FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç