Süleyman Sani Axundov
Dramaturq, nasir, maarif xadimi
Süleyman Sani Axundov 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. O, uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. Süleyman Sani Axundov 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. O, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub. Yazıçı, jurnalist kimi tanınıb. Süleyman Sani Axundov 1906-cı ildə Bakıda çağrılmış Azərbaycan müəllimlərinin I qurultayında iştirak edib. 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək qəhrəmanı" adı verilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub. "İkinci il" adlı dərs kitabının müəllifidir. Süleyman Sani Axundov 29 mart 1939-cu ildə 63 yaşında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: