Aqniya Yelikoyeva
Aktrisa
Aqniya Yelikoyeva 1929-cu il noyabrın 6-da anadan olub. 1951-ci ildə Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Leninqradda (Sankt- Peterburq) Lensovet teatrında müxtəlif rollarda oynayıb. Aqniya Yelikoeva, yaxud Anqnyuşa (onu yaxın dostları belə çağırırdılar) gözəl qadın, maraqlı aktrisa, həddindən çox ciddi insan, maraqlı yoldaş olub. Bu barədə onun haqqında xəsisliklə verilən qısa məlumatlarda bildirilir. Aktrisa SSRİ dağılan ərəfədə 90-cı illərin əvvəllərində Sovet İttifaqını həmişəlik tərk edərək ABŞ-a köçüb. Onun haqqında olan ən son məlumat budur. Bəzi məlumatlara görə “Uzaq sahillərdə” filminin çəkilişləri zamanı baş rolun ifaçısı “Mixaylo”nu oynayan aktyor Nodar Şaşıkoğlu ilə “Anjelika"nı canlandıran Aqniya Yelikoyeva arasında gerçək məhəbbət yaşanıb. Ancaq Nodar bu haqda yazır: “Bəli, Aqniya maraqlı qız idi, amma aktyorlar arasında hansısa eşqbazlığın baş verməsinə heç vaxt imkan verməyib. Bizim çox yaxşı münasibətlərimiz, əlaqələrimiz olub. O, milliyyətcə osetin idi. Leninqradda (Sankt-Peterburq) yaşayırdı, Lensovet teatrında işləyirdi”.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://modern.az/az/news/49725#gsc.tab=0