Yuri Boqolyubov

Yuri Boqolyubov

Aktyor

BİOQRAFİYA

Yuri Boqolyubov 20 oktyabr 1928-ci ildə Moskvada aktyor ailəsində dünyaya gəlib. Atası Boqolyubov Nikolay İvanovic (1899-1980), anası Sofi Aleksandr Sokolovoydur (1908-1977). 1953-cü ildə Moskva Teatr məktəbini bitirib. 1953-1955-ci illərdə Moskva Mali teatrının, 1955-ci ildən isə “Mostfilm” kinostudiyasının aktyoru olub. Diqqətçəkən və yaraşıqlı xarici görünüşü, eyni zamanda aktyorluq qabiliyyəti Yuri Boqolyubovun çoxlu filmlərdə rol almasına səbəb olub. Boqolyubov daha çox müasir qəhrəmanların obrazlarını yaradıb. Aktyor “Uzaq sahillərdə” filmində Veselin, “Gecə yarı saat dayanıb”da Nikolay, “Təyyarə 9-da uçur”da Sergey obrazlarını yaradıb və digər filmlərdə ən populyar rollarda çıxış edib. Yuri Boqolyubovun şəxsi həyatı o qədər uğurlu alınmayıb. Bir neçə qadınla vətəndaş nikahında olması ona xoşbəxtlik gətirməyib. O, ömrünün axırına qədər qarşılıqlı sevgi və hörmətlə yaşaya biləcəyi qadına çox sonralar rast gəlib. 1963-cü il avqustun 21-də Yurinin Qalina ilə toyları olub. 1967-ci ildə çoxdan arzuladığı oğlu Aleksey dünyaya gəlib. (Aleksey həyatdan tez köçüb, 2000-ci ildə o, vəfat edib). Aktyor işi ilə yanaşı Yuri Boqolyubov həm də dublyajda çalışıb. Azərbaycanda “Uzaq Sahillərdə” filmində oynadığı Vaselin rolu ilə tanınan aktyor 7 oktyabr 1975-ci ildə dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
http://modern.az/az/news/49374#gsc.tab=0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç