Nodar Şaşıqoğlu

Nodar Şaşıqoğlu

Aktyor

BİOQRAFİYA

Nodar Şaşıqoğlu 13 mart 1927-ci ildə Batuminin (Gürcüstan) Türkiyə ilə sərhəd olan kəndində İzzət Rəcəb oğlu Şaşıqoğlu adlı bir keçmiş çar zabitinin (anası azərbaycanlı, atası acar, bir babası türk, nənəsinin biri rus olub) ailəsində dünyaya gəlib. Repressiyaya uğramış məşhur Azərbaycan aktyoru Ülvi Rəcəb Nodarın əmisi idi. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub. Yəni aktyorluq onların ailəsinə xas bir sənət olub. Nodarın atası 1914-cü ildə rus-türk müharibəsində vuruşan zaman Ülvi balaca imiş. Onun üstündə əsirmişlər ki, evin sonbeşiyi, həm də son ümididir. Türk ola-ola rus ordusu tərəfdə vuruşmalı olan İzzət Şaşıqoğlu birinci və ikinci dərəcəli "Georgi" ordenli ştabs-kapitan idi. Kapitanın parlaq hərbi karyerası olub, Rusiyada vətəndaş müharibəsi gedən zaman istefaya çıxmışdı, nə "qırmızılar", nə də ağ qvardiyaçılar tərəfdə vuruşub. Sovet dövründə Stalin repressiyalarından onu xilas edən də elə bu fakt olub. Nodar tək övlad olmasına rəğmən, atası onu ərköyün böyütməyib. Deyirmiş ki, əsil oğul böyütmək istəyirsənsə, ona düşmən kimi yanaş. Balaca Nodar Sovet hökumətinin təhsilə xüsusi yer ayırdığı vaxtlarda oxudu. Dəcəlliyindən beş dəfə məktəbdən qovulub ayrı-ayrı məktəblərdə oxusa da, mükəmməl təhsil ala bilmişdi. "İlk rolu "Mosfilm"də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə olub. O, müsahibəsində bu sözləri qeyd edir: "Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov ("Uzaq sahillərdə" filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan. "Sınaq çəkilişinə gəl, Tofiq Tağızadə sizinlə söhbət edər". "Uzaq sahillərdə" filmindən sonra dalbadal "Əsl dost", "Mateo Falkone", "Onun böyük ürəyi", "Bizim küçə", "Leyli və Məcnun" filmlərinə çəkildim. Yeri gəlmişkən, Məcnun mənim ən sevimli rolumdur”. N.Şaşıqoğlu Azərbaycan və Rusiyanın xalq artistidir. Moskvanın B.V.Şukin adına teatr-məktəbində savad alıb. Moskvanın Y.Vaxtanqov adına Taqankadakı teatrında, Leninqradın A.S.Puşkin adına teatrında aktyor işləyib. "Mosfilm", "Dovjenko", "Odessa", "Azərbaycanfilm" kinostudiyalarında işləyib. 2003-cü ildən N.Şaşıqoğlu S.Vurğun adına Rus Dram teatrına qayıdıb və teatrımızın səhnəsində Sorin (A.P.Çexov "Qağayı"), Kral Lir (U.Şekspir "Kral Lir") obrazlarını ifa edib. Nodar Şaşıqoğlu ümumilikdə dörd dəfə evil olub, hər dəfə də evini növbəti xanımına verib, bir çamadanla çıxıb. İki oğlu var. 12 aprel 2013-cü ildə Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Nodar_%C5%9Ea%C5%9F%C4%B1qo%C4%9Flu

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç