Süleyman Rəhimov

Süleyman Rəhimov

Yazıçı

BİOQRAFİYA

Rəhimov Süleyman Hüseyn oğlu 22 mart 1900-cü ildə Qubadlı rayonunun Əyin kəndində anadan olub. İbtidai təhsilini ikisinifli rus məktəbində alıb. İlk təhsilini kənddə alıb, sonralar texnikum və ali məktəb bitirib. 1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlayır. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik edib. 1928-ci ilin payızında dostu Əli Vəliyevlə Bakıya gələrək ADU-nun tarix fakültəsində təhsil alır, eyni zamanda Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs deyib. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. Süleyman Rəhimov 1939-1940, 1944-1946 və 1954-1958-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin sədri olmuşdur. Azərbaycanın Laçın, Samux, Şahbuz və Noraşen rayonlarında rəhbər partiya işlərində çalışıb (1934-1937). Azərbaycan K(b)P Bakı şəhər komitəsində təbliğat üzrə katib (1940-1941), Azərbaycan K(b)P MK-da təbliğat və təşviqat şöbəsinin müdir müavini (1941-1944), Azərbaycan Nazirlər Soveti yanında Mədəni-Maarif İşləri Komitəsinin sədri (1945-1958) vəzifələrində işləyib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına (1972) layiq görülüb. Üç dəfə Lenin ordeni (1946, 1970, 1975), "Qırmızı Əmək Bayrağı" (1959), "Şərəf nişanı" (1942) ordenləri və medallarla təltif edilib, 1960-cı ildə xalq yazıçısı, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı adlarını alıb. 11 oktyabr 1983-cü ildə vəfat edib. Fəxri xiyabanda dəfn olunub.

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç