Leyla Şıxlinskaya

Leyla Şıxlinskaya

Aktrisa, baletmeyster, xoreoqraf

BİOQRAFİYA

Leyla Şıxlinskaya 12 iyun 1947-ci ildə Moskvada anadan olub. Balet məktəbini, daha sonra GİTİS-in teatrşünaslıq fakültəsini bitirib. "Arşın mal alan" filmində (1965) Gülçöhrənin yadda qalan obrazını yaradıb. Pedaqoq və xoreoqraf kimi SSRİ-nin gimnastika üzrə olimpiya yığmaları ilə işləyib. Uzun illər Moskvada Böyük Teatrın xoreoqrafiya məktəbində müəllimlik edib. Leyla Şıxlinskaya həm də Azərbaycanın xoreoqrafiyası və balet sənətinin tarixi və inkişafı mövzusunda 100-dən çox elmi məqalənin müəllifidir. 1992-ci ildən Moskvada özünün təşkil etdiyi "Şeyla" eksperimental balet yaradıcılıq mərkəzinin bədii rəhbəridir. Leyla Şıxlinskayanın həyatı incəsənətlə bağlı olsa da, ailəsində həkimlər çoxluq təşkil edib. Bu əhatədə keçən uşaqlıq illəri 1999-cu ildə onu Leyla Şıxlinskayanın Klinikasını yaratmağa məcbur edir və bu tibb ocağı Azərbaycanda ilk şəxsi klinikalardan biri olur. 1987-ci ildə sənətşünaslıq elmləri namizədi, daha sonra isə sənətşünaslıq elmləri doktoru elmi dərəcələrinə layiq görülüb. 1993-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına, daha sonra isə xalq artisti fəxri adına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Leyla_%C5%9E%C4%B1xl...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç