Tofiq Tağızadə

Tofiq Tağızadə

Rejissor, aktyor

BİOQRAFİYA

Tofiq Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində (Azərbaycan) anadan olub. Ləqəbi kino-zadədir. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Müstəqil rejissor kimi kinoya 35 yaşında gəlib. İlk filmi - "Görüş"ün çəkilişlərinə 1953-cü ildə başlasa da, 1955-ci ildə təhvil verir. "Azərbaycanın xalq artisti" fəxri adına layiq görülüb. Özünəməxsus geyim forması var idi. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olardı. Çox həssas insan idi. Adicə söz də xətrinə dəyərdi. Bütün bunlar onun xarakterinin məlum ştrixləridir. Ancaq bu xarakterin görünməyən tərəfləri də vardı. Onu tanımaq, daxilini duymaq istəyirdinsə, gərək filmlərinə baxaydın. Onların sayı o qədər çox deyil. Cəmi 14 filmdir. 15-ci filmi isə yarımçıq qalmışdı. 50-ci illərdə çəkdiyi üç filmlə milli kinomuza yeni üslub gətirib. "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" filmləri milli kinomuza yeni nəfəs gəldiyindən xəbər verirdi. 27 avqust 1998-ci ildə Bakıda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tofiq_Ta%C4%9F%C4%B1zad%C9%99

 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç