Maqsud İbrahimbəyov

Maqsud İbrahimbəyov

Ssenarist

BİOQRAFİYA

Maqsud İbrahimbəyov 11 may 1935-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1955-1960-cı illərdə Azərbaycan Texniki Universitetinin inşaat fakültəsində təhsil alıb. Eyni zamanda universitetin çoxtirajlı "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışıb. Tələbə inşaat dəstələrinin tərkibində istehsalat praktikasını xam torpaqlarda tikinti işlərində keçirib (1958-1959). Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis (1960-1962), Moskva Ali Ssenaristlər Kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali Rejissorluq Kurslarında müdavim (1971-1973) olub. Azərbaycanlı yazıçı, nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının Xalq Yazıçısı (1998), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana Ştatının (ABŞ) Fəxri Senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN klubunun prezidenti. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenlərinin laureatı. Azərbaycan Respublikasının xalq yazıçısı Rüstəm İbrahimbəyovun qardaşıdır. Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat edib. 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri Xiyabanda dəfn edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Maqsud_%C4%B0brahimb%C9%99yov

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç