Tamilla Ağamirova

Tamilla Ağamirova

Aktrisa

BİOQRAFİYA

Tamilla Ağamirova 21 may 1928-ci ildə Bakıda (Azərbaycan) anadan olub. Atasi Sucay Ağamirov bəy nəslindən idi və hər üç övladının (2 qız, 1 oğlan) hərtərəfli təhsil almasına çalışırdı. Lakin 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən də yan keçmir. Sucay Ağamirov və arvadı “xalq düşməni” kimi sürgün edilirlər. Xoşbəxtlikdən gələcək aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı-qardaşını öz himayəsinə götürüb. Tamilla Ağamirova Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistrıdır. Rusiyanın xalq artistidir. Tamilla Ağamirova bir çox orden və mükafatlara layiq görülüb. Tamilla Ağamirovanın həyat yoldaşı Nikolay Sliçenkodur. 1960-cı ildə 26 yaşlı Nikolay Sliçenko ilə 32 yaşlı Tamilla Ağamirova nikaha daxil olurlar. Nikolay Sliçenko SSRİ xalq artisti, "Romen" teatrının bədii rəhbəri, qaraçı mahnı və romansların dünyaca məşhur ifaçısıdır. 1957-ci ildə Qriqor Kozintsovun "Don Kixot" filminin televiziya ekranlarına çıxması ilə Bakıdan olan gənc aktrisa Tamilla Ağamirova üçün uğur zirvəsinə gedən yol açıldı. Filmdə gözəl qrafinya Altisidora rolunu canlandıran aktrisa tezliklə geniş tamaşaçı auditoriyası qazanır və bir sıra filmlərdə baş rola dəvət edilir. Bunların sırasına "Onun böyük ürəyi" (1958, rejissor Əjdər İbrahimov) filmində Səmayə, "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını aid etmək olar. Tamilla Ağamirova bir çox orden və mükafatlara layiq görülüb. Moskvada yaşayır. İki qızı, bir oğlu var. Qızı "Romen" teatrının aktrisasıdır. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Tamilla_A%C4%9Famirova

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç