Qara Qarayev
Bəstəkar
Qara Əbülfəz oğlu Qarayev 5 fevral 1918-ci ildə Bakı şəhərində (Azərbaycan) məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olub. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr etmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Şamaxının məşhur nəsillərindən idi. Bu ailə XX əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi. Q.Qarayev 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinifinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olub. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olub. Bakıya qayıtdıqdan bir müddət sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Şostakoviç) tələbəsi olub. Bəstəkar Fərəc Qarayevin atası, həkim-pediatr Mürsəl Qarayevin qardaşı və keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin əmisidir. 13 may 1982–ci ildə Moskva şəhərində dünyasını dəyişib. Bakıda I Fəxri Xiyabanda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Qara_Qarayev