Elbəy Rzaquliyev
Rəssam
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda (Azərbaycan) anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf edib: rəngkar və kino rəssamı. 1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilib və sənətsevərlərin diqqətini özünə cəlb edib. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının katibi olub. Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanıb. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olub. 2007-ci il 15 sentyabrda 81 yaşında vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: