Reyçel Herd-Vud

Reyçel Herd-Vud

Аktrisa

BİOQRAFİYA

Reyçel Herd-Vud 17 avqust 1990-cı ildə London (İngiltərə) şəhərində anadan olub. Herd-Vud karyerasına 2002-ci ildən başlayır. O, “Piter Pen” filmində Vendi Darlinq roluna seçilir. Sonra isə aktrisa səkkiz ay boyunca Avstraliyada bu filmin çəkilişlərində iştirak edir. Aktrisanın filmdəki rolu tənqidçilər tərəfindən müsbət qiymətləndirilir və məhz bu filmdən sonra məşhurlaşır. Bu rola görə o, "Ən yaxşı gənc aktyor və ya aktrisa" kateqoriyası üzrə “Satrun” mükafatına namizəd göstərilir. O, 13 yaşı olanda Kortin Salamonun rejissorluq etdiyi “Qırmızı çayın kabusu” filmində qaranlıq qüvvələrin hücumu nəticəsində ölən Bell ailəsinin kiçik qızı rolunu oynayıb. Daha sonra “Şerlok Holms və ipək corab işi” televiziya filmində qatilin 13 yaşlı qurbanı roluna çəkilib. Günahsız qurban rollarına çəkilməyə davam edən aktrisa “Əttar: Bir qatilin tarixçəsi” filmində də sonuncu qurban rolunu canlandırır. 2009-cu ildə Reyçel Herd-Vud “Saymon Keyn” və “Dorian Qrey” filmlərinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Rachel_Hurd-Wood

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç