Bernd Ayhinger

Bernd Ayhinger

Prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Bernd Ayhinger 11 aprel 1949-cu ildə Almaniyanın Noyburq an der Dunay şəhərində anadan olub. O, Münhendə Televiziya və Kino Universitetində təhsil alıb. Brend Ayhinger “Qızılgülün adı”, “Kabuslar evi”, “Cənnətin qapısını döymək” kimi filmlərin prodüseridir. Ən çox şöhrət qazanan filmi 2004-cü ildə çəkdiyi Nasist Almaniyası hakimiyyətinin son günləri haqqında olan "Bunker" filmidir. Bernd Ayhinger həmçinin “Neue Constantin Film” şirkətinin rəhbəridir. 2008-ci ildə Ayhingerin şirkətinin çəkdiyi və Qərbi Almaniya ultrasolçu terrorçuları haqqında olan “Bader kompleksi - Maynhof” filmi “Oskara”a namizəd göstərilir. Brend Ayhingerin 2006-cı ildə ekranlara çıxan “Əttar: Bir qatilin taxrixçəsi” filmi çox uğurlu olur, 135 milyon ABŞ dolları gəlir gətirir. B.Ayhinger 24 yanvar 2011-ci ildə dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bernd_Eichinger

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç