Tom Tıkver

Tom Tıkver

Kinorejissor, ssenarist, bəstəkar

BİOQRAFİYA

Tom Tıkver 23 may 1965-ci ildə Almaniyanın Vuppertal şəhərində doğulub. O, 11 yaşında “Super 8” adlı ilk həvəskar filmini çəkir. 1980-ci ildən kinoteatrda işləməyə başlayıb. 1990-cı ildən başlayaraq bir neçə uğurlu film çəkdikdən sonra Almaniyada məşhurlaşır. Tom 1998-ci ildə “Qaç, Lola, qaç” filmi ilə dünya şöhrəti qazanır. 2000-ci ildə onun “Şahzadə və döyüşçü”, 2002-ci ildə isə “Cənnət" filmləri ekranlara çıxır. Bu filmlərdən sonra Tom Tikver təkcə Almaniyanın yox, bütün Avropanın ən yaxşı rejissorlarından biri kimi tanınmağa başlayır. 2006-cı ildə Tom Patrik Züskindin “Əttar” romanı əsasında “Əttar: Bir qatilin tarixçəsi” filmini çəkir. Tom Tıkver həm də bəstəkardır və təkcə öz filmlərinə deyil, başqa filmlər üçün də musiqi yazır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Tom_Tykwer

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç