Robin Devidson
Ssenarist
Robin Devidson 6 sentyabr 1950-ci ildə Avstraliyada anadan olub. Avstraliyalı ssenaristdir və özünün səyahətindən bəhs edən məşhur “Cığırlar” romanı ilə tanınır. 1975-ci ildə Devidson Alis-Sprinqs adlı şəhərciyə gəlir. Burada iki il yaşamaqla, o, dəvələrlə işləməyi və sərt səhra şəraitində yaşamağı öyrənir. 1977-ci ildə 2700 km-lik məsafəyə uzun bir səyahətə çıxır və bu səyahətdə onu dörd dəvə və it müşayiət edir. "National Geographic" jurnalı ilə razılaşma əsasında onunla səyahətlə bağlı reportaj hazırlamaq üçün Rik Smolan adlı fotoqraf da gedir. 1978-ci ildə ictimaiyyətdə bu səyahət böyük maraq yaradır və Devidson öz səyahəti haqqında kitab yazmağa başlayır. Sonralar Robin Devidson köçəri xalqların həyatını öyrənməyə başlayır. Hal-hazırda Robin Devidson Avstraliyanın Viktoriya ştatında yaşayır. 2013-cü ildə “Cığırlar” romanına eyniadlı film çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: