Mişel Uilyams

Mişel Uilyams

Aktrisa

BİOQRAFİYA

Mişel Uilyams 9 sentyabr 1980-ci ildə Kalispell şəhərində (Montana ştatı, ABŞ) anadan olub. Mişelin anası Karla Svenson evdar qadın, atası Larri Uilyams isə tanınmış ticarətçi idi. Aktrisa Norveç əsillidir. Mişelin doqquz yaşı olanda ailəsi ilə birlikdə San-Diyeqoya köçür və burada yaşadığı müddətdə aktyorluq sənəti ilə maraqlanır. 2010-cu ildə Skorsezenin ekranlara çıxan “Lənətlənmişlər adası” filmində ABŞ marşalı Endrü Leddisin dünyasını dəyişmiş həyat yoldaşını oynayan aktrisa tənqidçilərin diqqətini öz üzərinə çəkməyi bacarır. 2011-ci ildə çəkildiyi “Mavi Valentin” filmindəki roluna görə “Qızıl Qlobus” və “Oskar” mükafatlarına namizəd göstərilir. Aktrisa “Qızıl Qlobus” mükafatını qazanır, BAFTA və “Toni” mükafatlarına və dörd dəfə “Oskar” mükafatına namizəd göstərilib. Mişel 2004-cü ildə aktyor Hit Lecerlə görüşməyə başlayır. 28 oktyabr 2005-ci ildə onların Matilda Rouz Lecer adlı qızları olur. 2007-ci ildə cütlük ayrıldığını elan edir. 2008-ci ildə Ht Lecerin vəfatından sonra Uilyams iyul ayında "Nyu-York, Nyu-York" filminin çəkilişləri zamanı tanış olduğu rejissor Spayk Conzla görüşməyə başlayır. 2009-cu ildə onlar ayrılırlar və Uilyams bu münasibətləri "qeyri-mümkün" adlandırır. 2017-ci ilin iyulundan maliyyə müşaviri Endryu Yumansla görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Michelle_Williams_(actress)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç