Cozef Finder

Cozef Finder

Yazıçı, ssenarist

BİOQRAFİYA

CozefFinder 6 oktyabr 1958-ci ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Uşaqlığının böyük hissəsini Əfqanıstan və Fillipində keçirib, daha sonra onun ailəsi Birləşmiş Ştatlara geri qayıdır burada da şəhərdən-şəhərə köçən aktyor Nyu-York ştatının Olbani şəhərində, Shaker məktəbində orta təhsilini bitirdikdən sonra Yale universitetində rus-dili ixtisası üzrə təhsil alıb. Sonralar isə universitetdə dərs deyib.
1983-cu ildə universitetin sonuncu kursunda oxuyarkən “Red Carpet: The Connection Between the Kremlin and America's Most Powerful Businessmen” kitabını yazır. Kitab, multi-milyoner Armand Hammerin sovet kəşfiyyatı ilə əlaqələrindən bəs edir. Həmçinin kitabda Amerikanın bir çox tanınmış iş adamlarının: Devid Rokfeller, Avril Qarriman, Armand Hammer, Seyrus İton, Donald Kendallında Sovet İtifaqı ilə biznes əlaqələrinin olduğu qeyd edilib.
Demək olar ki, Finderin bütün kitabları “New York Times”ın bestsellerlər siyahısına düşüb.
Onun “Paranoya”, “Məclis Adamı”, “Təmirçi”, “Qatil İnstinqti” “Power Play” kitabları əsasında filmlər çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joseph_Finder

FİLMOQRAFİYA
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç