Kristin Skott Tomas
Aktrisa
Kristin Skott Tomas 1960-ci ildə Britaniyanın Redrut şəhərində anadan olub. Anası dram sənəti üzrə təhsil alıb, atası isə İngiltərə Kral Hava Qüvvələrinin pilotu olub. O, 1964-cü ildə faciəvi şəkildə həyatını itirib. Kristin 1985-ci ildə “Albalı ayının altında” filmi ilə debüt edib. Kristin Skott Tomasın əsl uğuru isə dünya kino tarixinin ən yaxşı məhəbbət filmlərindən olan “Dörd toy, bir yas mərasimi”nə çəkilməsi olur. Aktrisanın filmdəki işi tənqidçilər tərəfindən yüksək qiymətləndirilir və 1994-cü ildə “Ən yaxşı ikinci plan qadın rolu” kateqoriyası üzrə BAFTA mükafatına layiq görülür. 1996-cı ildə ekranlara çıxan “Çətin tapşırıq” filmində rol alması ilə aktrisa karyerasında yeni mərhələyə qədəm qoyur. Elə həmin il Entoni Mingellinin “İngilis xəstəsi” filminə çəkilməsi ilə məşhurluğunu bir az da artıran Kristin “Oskar”a namizəd göstərilir. Kristin “At ovsunçusu” (1998), “Mən səni lap çoxdan sevirəm” (2008), “Alver xəstəsi” (2009) filmləri ilə dünya şöhrəti qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kristin_Scott_Thomas