Robert Luketiç

Robert Luketiç

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Robert Luketiç 1 noyabr 1973-cü ildə Avstraliyanın Sidney şəhərində anadan olub. Erkən yaşlarından film çəkməyə başlayıb. Luketic ATOM kinofestivalının “Ən yaxşı Kino” kateqoriyası üzrə mükafata layiq görüldükdən sonra, özünə söz verirki 30 yaşınadək Hollivudda ilk ciddi müqaviləsini imzalayacaq.
Arzusunu reallaşdırmaq məqsədi ilə Avstraliyadan Los-Ancelesə köçür. Əvvəlcə iki il ssenarist kimi işləyən Robert, 2001-ci ildə arzusuna çatır və 29 yaşında ilk hollivud filmi - “Qanuni Sarışın” komediyasını çəkir. 20 milyon dollar büdcəsi olan film böyük gəlir gətirir. Həmçinin “Qızıl Qlobus” və “Teen Choice Award” mükafatına namizəd göstərilir. Onun növbəti filmi 2004-cu ildə çəkilən “Ulduzla Görüş” komediyası olur. Luketiç əsasən “Qadınlar və Qanun”, “21”, “Acı Həqiqqət”, “Killerlər”, “Paranoya” filmlərinin rejissoru kimi tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://en.wikipedia.org/wiki/Robert_Luketic

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç