Mayk Nüel

Mayk Nüel

Rejissor, prodüser

BİOQRAFİYA

Mayk Nüel 28 mart 1942-ci ildə İngiltərənin Sent-Olbans şəhərində anadan olub. Kembricdə, Maqdalene kollecində təhsil alıb, həmçinin təhsilini bitirdikdən sonra teatr rejissoru olmaq niyyəti ilə 3 il "Granada Television"da təcrübəçi kimi işləyib. 1960-cı illərin sonunda Mayk İngilis televiziyasında bir neçə serial çəkir. Müəyyən bir müddət sonra isə özünü bədii film rejissoru kimi sınamağa başlayır. Maykın kino debütu 1977-ci ildə “Dəmir maskalı adam” filmi ilə olub. O, tənqidçilərin diqqətini “Yad adamla rəqs” filmindən sonra öz üzərinə çəkə bilir. 1994-cu ildə çəkdiyi “Dörd Toy Bir Yas Mərasimi” filmi ona dünya şöhrəti qazandırır. Film bir çox mükafata layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D1%8C%D1%8E%D1%8D%D0%BB%D0%BB,_%D0%9C%D0%B0%D0%B9%D0%BA

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç