Florian Henkel fon Donnersmark

Florian Henkel fon Donnersmark

Rejissor

BİOQRAFİYA

Florian Henkel fon Donnersmark 1973-cü ildə Almaniyanın Köln şəhərində doğulub. Fon Donnersmarkın ilk tammetrajlı filmi “Başqalarının həyatı”dır. O, bu kinonun ssenarisi, montajı və çəkilişi üzərində üç ilə yaxın işləyib. Film 2006-ci ildə Avropa Kino Akademiyası tərəfindən "Ən yaxşı film", "Ən yaxşı aktyor", "Ən yaxşı ssenari" mükafatlarına layiq görülüb. Los-Anceles Kino Tənqidçiləri Assosasiyasının "Ən yaxşı xarici film" mükafatını qazanıb, “Qızıl Qlobus”a namizəd göstərilib və 25 fevral 2007-ci ildə "Ən yaxşı əcnəbi dilli kino" kateqoriyası üzrə “Oskar” mükafatına layiq görülüb. Rejissorun növbəti filmi “Turist” olur. Filmin çəkilişləri 11 aya tamamlanıb. “Turist” Ancelina Coli və Conni Deppin iştirakı ilə romantik trillerdir. Film “Ən yaxşı müzikl və ya komediya”, “Ən yaxşı müzikl və ya komediya aktyoru” və “Ən yaxşı müzikl və ya komediya aktrisası” kateqoriyaları üzrə “Qızıl Qlobus” mükafatına namizəd göstərilib. Film həmçinin “Teen Choice Awards”a “Ən yaxşı film”, “Ən yaxşı aktyor”, “Ən yaxşı aktrisa” kateqoriyaları üzrə namizəd göstərilib və bunlardan ikisində qalib gəlib. “Redbox Movie Award”ın “2011-ci ilin ən məşhur dramı” mükafatını qazanıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Florian_Henckel_von_Donnersmarck

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç