Alfonso Kuaron

Alfonso Kuaron

Rejissor, ssenarist, prodüser, montajçı

BİOQRAFİYA

Alfonso Kuaron 28 noyabr 1961-ci ildə Mexikoda (Meksika) anadan olub. Alfonso “Qravitasiya” və “Sənin də ananı” filmlərində "Ən yaxşı rejissor" və "Ən yaxşı montaj" kateqoriyaları üzrə 3 dəfə “Oskar” mükafatına layiq görülüb. “Sənin də ananı” filminə yazdığı ssenariyə görə Venesiya Kino Festivalının mükafatına layiq görülüb. Onun ən məşhur işləri arasında C.K.Roulinqin romanı əsasında çəkilmiş “Harri Potter və Azkaban məhbusu”, “İnsan övladı” antiutopiyası və “Qravitasiya” filmləri yer alır. 2018-ci ildə "Roma" filminə görə ən yaxşı rejissor nominasiyasında "Oskar" mükafatı ilə təltif olunub. Adı çəkilən film eyni zamanda ən yaxşı xarici dilli film kateqoriyasında Amerika kinoakademiyasının mükafatçısı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alfonso_Cuar%C3%B3n

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç