Patrik Bergin
Aktyor
Patrik Berqin 4 fevral 1951-ci ildə Dublin (İrlandiya) şəhərində fəhlə ailəsində anadan olub. Patrik 17 yaşı olanda artıq onun teatr truppası var idi. 1973-cü ildə Dublini tərk edir və Londona (İngiltərə) köçür. O, tikintidə, kitabxanada işləyir, Şimali London Politexnik İnstitutunda gecə təhsili alır. Patrik bir neçə il İngilis dili müəllimi kimi çalışır. 1980-ci ildə Bergin aktyorluq karyerasını davam etdirməyə qərar verir. 1990-cı illərdə o, tədricən populyarlıq qazanır və kino aktyoru kimi tanınır. 1980-ci illərin əvvəllərində dostunun toyunda gələcək həyat yoldaşı Pola Freyzerlə tanış olur və onlar 1992-ci ildə evlənirlər. Cütlüyün Tatyana adlı bir qızı var. Az sonra onlar ayrılırlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Patrick_Bergin