Co Rayt

Co Rayt

Rejissor

BİOQRAFİYA
Co Rayt 25 avqust 1972-ci ildə Londonda (İngiltərə) anadan olub. Onun valideynləri “Mələk” adlı kukla teatrı yaratmışdılar. Co karyerasına məhz buradan başlayıb. Anna Şerin teatr məktəbinə gedib, daha sonra təhsilini Kamberuell İncəsənət Kollecində, bundan sonra isə Londonda Müqəddəs Martin Kollecində davam etdirir. Növbəti bir neçə il ərzində kinostudiyada müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildə “Təbiətin uşaqları” mini-serialını çəkərək rejissor kimi debüt edir. 2005-ci ildə baş rolda Kira Naytlinin oynadığı tammetrajlı “Qürur və yanlışlıq” bədii filmini çəkib. Film bir çox mükafata layiq görülüb. Rejissorun ikinci filmi “Kəfarət” də uğurlu alınır. 64-cü Venesiya Beynəlxalq Kinofestivalının açılışı məhz bu filmlə olub. 2017-ci ildə çəkdiyi "Zülmət zamanı" tarixi filmi iki nominasiyada "Oskar" qazanır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joe_Wright
FİLMOQRAFİYA
Rejissor
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç