Pierfrançesko Favino

Pierfrançesko Favino

Aktyor

BİOQRAFİYA

Pyerfrançesko Favino (it. Pierfrancesco Favino) -  italiyalı aktyordur. 1990-cı illərin əvvəllərindən 35-dən çox film və serialın çəkilişlərində iştirak edib. Əlamətdar filmləri arasında “Sonuncu öpüş”, “Evin açarları”, “Yad qız”, “Saturna qarşı”, “Mafiya Satqını” bədii filmləri yer alır. 2006-cı ildə “Kriminal roman” filmində oynadığı rola görə, (İtaliya “Oskarı” adlandırılan) David di Donatello mükafatına layiq görülüb. Elə həmin il “20th Century Fox” studiyasının “Muzeydə gecə” filmində Kristofer Kolumb obrazını canlandırıb. 2008-ci ildə “Narniya salnamələri: Şahzadə Kaspian” fentezi filmində Telmarin qüvvələri lideri, general Qlozel rolunu oynayıb. Bir il sonra Den Braunun bestseller romanının motivləri əsasında lentə alınmış “Mələklər və şeytanlar” filmində müfəttiş Ernesto Olivetti rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D0%B2%D0%B8%D0%BD%D0%BE,_%D0%9F%D1%8C%D0%B5%D1%80%D1%84%D1%80%D0%B0%D0%BD%D1%87%D0%B5%D1%81%D0%BA%D0%BE

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç