Vudi Allen
Aktyor, yazıçı, rejissor
Vudi Allen 1 dekabr 1935-ci ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində anadan olub. Allen absurd və satira stilində olan komediyaları, psixoloji dramları ilə tamaşaçıların rəğbətini qazanıb. Bu iki janrın birləşməsindən Allen yeni “İntellektual komediya” janrını yaradıb. O, həmkarlarının hörmətini həm də gördüyü böyük işlər və iş sürətinə görə qazanıb. Allen öz filmlərinin yalnız rejissoru və ssenaristi kimi çıxış etmir, o, həm də filmlərində aktyor kimi çəkilir. Həmçinin pyeslərin ("Suyu içməyin", "Üzən kiçik lampa" və s.) və hekayələr məcmuələrinin müəllifidir. Vudi Allenin 1977-ci ildə ekranlara çıxan ilk filmi “Enni Holl" “Oskar”a layiq görülüb. Ümumiyyətlə, Vudi Allen dörd dəfə “Oskar” alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vudi_Allen