Canet MakTir
Aktrisa
Canet MakTir 5 avqust 1961-ci ildə Nyukasl-apon-Taynda (İngiltərə) anadan olub. Canet Kral Dram Sənəti Akademiyasında təhsil alıb. Təhsilini bitirdikdən sonra isə teatr aktyoru karyerasına başlayıb. 1985-ci ildə MakTir Britaniya televiziyasında debüt edir və bundan sonra tez-tez seriallara və telefilmlərə çəkilir. 1996-cı ildə aktrisa “Oyuncaq ev” tamaşasında rol alır və bu rola görə ən sanballı teatr mükafatı olan “Toni” mükafatına layiq görülür. 1999-cu ildə “Tumbleweed” filmindəki roluna görə “Qızıl Qlobus” mükafatını qazanır və “Oskar”a namizəd göstərilir. 2008-ci ildə aktyorluq sənətinə verdiyi töhfəyə görə "Britaniya cəngavər ordeni"nə layiq görülür. “Oskar” və “Qızıl Qlobus” mükafatlarına növbəti dəfə 2012-ci ildə “Albert Nobbs” filminə görə namizəd göstərilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Janet_McTeer