Ceyms Uotkins
Rejissor, ssenarist
Ceyms Uotkins 20 may 1973-cü ildə Nottingemdə (Böyük Britaniya) anadan olub. O, Maykl Fassbender və Kelli Rayli kimi ulduzların rol aldığı “Cənnət gölü” qorxu filminin quruluşçu-rejissoru və ssenari müəllifidir. Film 2009-cu ildə "Ən yaxşı qorxu filmi" kateqriyası üzrə “İmperiya” mükafatına layiq görülür. 2008-ci ildə Britaniya Müstəqil Kino Assosiasiyası tərəfindən “Duqlas Hiçkok” mükafatına layiq görülüb. 2012-ci ildə Deniel Redkliffın iştirakı ilə Ceyms Uotkinsin növbəti filmi - “Qara libaslı qadın” ekranlara çıxır. Film o dövrə qədər Britaniyada çəkilmiş ən böyük büdcəli qorxu filmi olur. Ceyms Uotkins “Uorner Brazers”, “BBC”, “Working Title”, “Film4” kimi televiziya və kino korporasiyaları ilə əməkdaşlıq edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%BE%D1%82%D0%BA%D0%B8%D0%BD%D1%81,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81_(%D0%BA%D0%B8%D0%BD%D0%BE%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)