Rayan Littl
Rejissor, prodüser
Rayan Littl 28 mart 1971-ci ildə Vankuverdə (Kanada) anadan olub. Uşaqlıqdan kinoya böyük marağı olub. Atası səkkiz qısametrajlı film çəkmişdi və gənc Rayana göstərməyi arzulayırdı. Ona görə də kinoya həvəsi hədsiz dərəcədə böyük idi. Peşəkar olmasa da, bu işlə həvəskar kimi məşğul olmağı istəyirdi. Briqam Yanq Universitetində təhsil aldığı müddətdə 25-ə yaxın qısametrajlı film çəkib. Onun ilk peşəkar işi Dennis Raytla birgə yazdığı “Onlar əsgər idilər” filmidir. Filmdə İkinci Dünya müharibəsi veteranlarının xatirələri öz əksini tapıb. Uğurlu işləri arasında “Cinayətkar Treyl. Buç Kessidinin xəzinəsi”, “Sönməz” və “Döyüşçü donuzlar” filmləri var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: