Zak Qalifianakis

Zak Qalifianakis

Aktyor, ssenarist, prodüser, bəstəkar

BİOQRAFİYA

Zak Qalifianakis 1 oktyabr 1969-cu ildə Şimali Karolinada (ABŞ) anadan olub. Zakın atasının valideynləri Yunanıstandan olan mühacirlərdir. Anası şotlant-irland əsillidir. Aktyorun Merritt adlı kiçik bacısı və Qreq adlı böyük qardaşı var. Zak - 1967-1973-cü illərdə Şimali Karolinanın maraqlarını ABŞ konqresində təmsil edən keçmiş konqresmen Nik Qalifianakisin qardaşı oğludur. Şimali Karolina universitetində buraxılış imtahanlarında tələb olunan minimal səviyyəyə bir balı çatmadığına görə imtahandan kəsilir və bundan sonra Z.Qalifianakis Nyu-Yorka köçür. Zakın yaradıcılıq yolu Tayms-skverdə hamburger satan furqonların yanında qısa yumor nömrələri ilə çıxışından başlayır. Populyarlığı artandan sonra o, televiziyada tok-şou aparır. Az sonra "Between Two Ferns with Zach Galifianakis" adlı sketç-şou yaradır və bura Barak Obama, Natali Portman, Şarliz Teron, Ben Stiller, Şon Penn, Brüs Uillis, Liza Kudrou kimi ulduzları dəvət edir. Zak 2012-ci ildə balerina Kuinn Lundberqlə evlənib. Cütlüyün iki oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Zach_Galifianakis

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç