Devid Zuker

Devid Zuker

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Devid Zuker 16 oktyabr 1947-ci ildə Viskonsin ştatında (ABŞ) anadan olub. Devid Zuker kiçik qardaşı Cerri Zuker və onların dostu Cim Abrahamsla birlikdə orta məktəbdən sonra Viskonsin universitetinə daxil olur. Cim Abrahamsın qardaşlarla uzun sürən dostluğu onların birlikdə işləməsi ilə nəticələnir. Viskonsin ştatının Malison şəhərində dostlar “The Kentucky Fried Theater” teatr truppasını yaradırlar. 1977-ci ildən 1986-cı ilə qədər Devid Zuker Cim Abrahams və Cerri Zuker ilə əməkdaşlıq edib. Onlar birlikdə “Aeroplan” (1980), “Tam məxfi” (1984) və “Amansız insanlar” (1986) filmlərini çəkiblər. 1988-ci ildə onlar “Çılpaq silah” filminə ssenari yazırlar. Bu film Devid Zukerin rejissor kimi ilk işi olur. Bundan sonra dostlar fərdi olaraq işləməyə başlayırlar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Zucker_(director)

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç