Trevis Fimmel
Aktyor
Trevis Fimmel 15 iyul 1979-cu ildə Avstraliyanın Viktoriya ştatının Eçuka şəhərində anadan olub. Trevis Melburn Universitetinin arxitektura fakültəsinin məzunudur. Model karyerasına başlayan Trevis Cennifer Lopes və Canet Cekson kimi müğənnilərin kliplərində çəkilib. Tezliklə gənc oğlan dünyanın məşhur dizayn studiyalarından biri olan "Kelvin Kleyn"lə müqavilə imzalayır. Model karyerasında sürətlə irəliləyirdi. 2002-ci ildə Fimmel model aləminin ən çox ehtiyac duyulan kişilərindən biri olur. Populyarlığına görə mütəmadi olaraq teleşoulara dəvət alırdı. Nəticədə model biznesindən kənarlaşıb aktyor olmaq qərarına gəlir. Trevis iki il Hollivudda aktyor dərnəyinə gedir. 2003-cü ildə Fimmelin iştiraki ilə “Tarzan” serialının premyerası olur. Bundan sonra aktyorluq karyerasında uğurlarına start verilir. Aktyorun ən uğurlu rollarından biri Edrien Broudi və Forest Uitaker kimi ulduzlarla çəkildiyi “Təcrübə” psixoloji trilleridir. Yeva Lanqoriya ilə tərəf müqabili olduğu “Qanunsuz Beytaun” döyüş filmində də baş rollardan birini canlandırıb. Amma onun uğurları hələ qabaqda idi. 2012-ci ildə Fimmel "History" kanalının “Vikinqlər” serialının baş roluna təsdiqlənir. İlk seriyadan uğur qazanan serial bir neçə mövsüm davam edir. 2015-ci ildə Trevis Fimmel İtan Houk və Culianna Murun baş rolda iştirakı ilə “Megginin planı” romantik komediyasının premyerası olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Travis_Fimmel