Enn Fletçer

Enn Fletçer

Rejissor, aktrisa

BİOQRAFİYA
Enn Fletçer 1 may 1966-cı ildə Detroyt, Miçiqan ştatında anadan olub. Eni 12 yaşında yerli studiyada rəqslə məşğul olmağa başlayır. 15 yaşından isə müxtəlif şoularda iştirak edib. 18 yaşına çatanda Los-Ancelesə, Kaliforniya ştatına köçür və burada peşəkar şəkildə rəqslə məşğul olur. Kinematoqrafiyada debütü 1994-cü ildə “Maska” filmində olur burada da o rəqqasələrdən birini canlandırırdı. Eni üçün ən uğurlu və aktiv il 1997-ci il olur. Məhz bu ildə o, “Cunqlidən Corc”, “Buqi stilində gecə”, “Titanik”, “Qışqırıq 2” filmlərində rol alıb. 2000-2005-ci illərdə daha bir neçə uğurlu filmdə yer alıb: “Uğur Qazan”(2000), “Sevməyə Tələs” (2002), “The Pacifier” (2005). 2006-2008-ci illərdə “Saç üçün Lak” filmində rol alıb, həmçinin özünü rejissor kimi də sınayıb. “Bir addım irəli” (2006) və “27 Toy” (2008) filmlərinin rejissoru olub. 2009-cu ildən 2015-ə qədər isə “Təklif”, “Hot Pursuit” filmlərində rejissor kimi, “Əsirlik Rok” filmində aktyor kimi çıxış edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Anne_Fletcher
FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç